Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla Rusiyaya gedib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Paşinyan mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək. İşgüzar səfər çərçivəsində Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.