"Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun son iclası zamanı kifayət qədər nəzərəçarpacaq irəliləyiş əldə olunub və mən buna çox şadam".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib.
“Mən bir daha Ermənistanın suverenliyin saxlanılması şərtilə regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatının 9-cu bəndində göstərilən öhdəliklərə uyğundur. Ümid edirəm ki, biz konkret həllər əldə edə biləcəyik. Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Prinsipcə, bunlar bizim təkliflərimiz deyil, son iki ildə hazırladığımız kompromis həll yoludur”, - Paşinyan bildirib.