9 Avqust 2023 19:42
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq yüksək rütbəli polis zabitləri 50 milyon dram (təxminən 128 min dollar) dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.

Məlumata görə, Armavir polis şöbəsinin rəisi 2013-2018-ci illərdə müxtəlif obyektlərin mühafizəsi üçün 42 hüquqi və fiziki şəxslə müqavilə bağlayıb. Bu müqavilələrin yerinə yetirilməsi zamanı qanunsuzluqlara yol verilib.

Həmin müddət ərzində Baş Dövlət Mühafizə İdarəsinin rəisi vəzifəsinə gələn 3 nəfər yeni rəhbərlər obyektlərin mühafizəsi üçün ödənilən vəsaitin bir hissəsinin onlara köçürülməsi barədə göstəriş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər