Avqustun 27-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları Artyom Haykazyan və Armen Xaçatryan hələ müəyyən edilməmiş şəraitdə odlu silahla ölümcül yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.