2 Sentyabr 2023 14:27
15 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti təşviş içindədir, amma onun nədən narahat olduğu bəlli deyil”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Araik Arutyunyanın “istefa”sından sonra Ermənistan hökumətinə yaxın şəxslər müxtəlif informasiya platformalarında “böyük cəza” haqda danışmağa başlayıblar. Amma mövzu nə Azərbaycanla mümkün qarşıdurma, nə də sərhəddəki durumla bağlıdır. Rəsmi və hökumətyönlü şəxslər hesab edirlər ki, Qarabağda durum dəyişir, Ermənistanda müxalifət yenidən fəallaşa bilər. Söhbət kütləvi anti-Nikol dalğasının baş qaldırmasından gedir.

Həmin şəxslər və platformalar Nikol Paşinyanın dəstəklənməsi və müdafiəsi tezisini intensiv şəkildə təbliğ edirlər, bəziləri hətta açıq şəkildə sərt və qabaqlayıcı tədbirlərə çağırırlar. Bu dairələr sərhəd və Qarabağdakı vəziyyət, eləcə də Ermənistan daxilində siyasi eskalasiyanın yolverilməzliyi mövzularını gündəmə gətiriblər”, - məqalədə deyilir.

“Past” Ermənistan hakimiyyətini tam olaraq nəyin və ya kimin narahat etdiyinin məlum olmadığını iddia edir.

Bəzi erməni siyasi ekspertlər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistan hakimiyyətinə yönəlik son sərt və ittihamedici tonunu təsadüfi saymırlar. Bundan sonra Ermənistanın media resurslarında Rusiya tərəfindən dəstəkləyən radikal müxalifətin Baş nazir Nikol Paşinyana qarşı fəallaşacağı müzakirə mövzusuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər