Bu gün Ermənistanda ABŞ hərbçiləri ilə birgə təlim başlayır.
Teleqraf.com xəbər verir ki, təlim “beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq” çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzində keçiriləcək.
“Təlimlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığını artırmaqdır”, - Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Rəsmi Moskva Amerika ilə Ermənistanda birgə hərbi təlimlərə mənfi reaksiya verib.