15 Sentyabr 2023 11:15
4 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti Azərbaycanla danışıqları ciddi məxfilik şəraitində aparır, danışıqların təfərrüatlarını yalnız Baş nazir Nikol Paşinyan və xarici işlər naziri bilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Nəşrin iddiasına görə, Ermənistan hökumətinin digər üzvləri danışıqların təfərrüatları barədə xəbərsizdir:

“Bir gündə danışıqlar prosesinə məsul olan iki şəxs - xarici işlər naziri Ararat Mirzoyan və parlamentin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sərkis Xandanyan çox ziddiyyətli açıqlama verdi. Hökumətin avqustun 25-də keçirilən iclasında Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycana yeni təkliflərini çatdırıb. Dünən isə Sərkis Xandanyan Azərbaycanın Ermənistanın təkliflərinə hələ də cavab vermədiyini dedi.

Xandanyanın açıqlamasından bir neçə saat sonra Ararat Mirzoyan tam əksini dedi. Onun sözlərinə görə, Ermənistan iki gün əvvəl Azərbaycandan cavab alıb.

Hökumət üzvlərinin ziddiyyətli bəyanatları bir daha sübut edir ki, Nikol Paşinyan danışıqlar prosesinin təfərrüatlarını komanda yoldaşlarından ciddi şəkildə gizli saxlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər