Ermənistan hökumətinin ratifikasiya üçün parlamentə göndərdiyi Roma Statutu araşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
Layihənin parlamentdə əsas müdafiəçisi hökumətin beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan olacaq.
Qəzet qeyd edir ki, hüquqi ekspertiza nöqteyi-nəzərindən heç bir problemli normaya rast gəlinməsə də, beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğu barədə arayış layihə ilə birlikdə təqdim olunmayıb.
Ermənistan hökumətinin qərarı Rusiya tərəfindən sərt təpki ilə qarşılanıb. Baş nazir Nikol Paşinyan isə Kremlə proje parlamentdən keçəcəyi təqdirdə imzalayacağını deməklə cavab verib.
BCM martda Rusiya Prezideti Vladimir Putinin həbsi ilə bağlı qərar çıxarıb.