“Yaxın vaxtlarda Moskva Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir neçə ifadəsi ilə bağlı açıqlama verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Moskva şübhəsiz ki, Ermənistan baş naziri və İrəvanın rəsmi nümayəndələri tərəfindən ikitərəfli münasibətlərin inkişafına əks-təsir göstərən, bir sıra həqiqətlərə uyğun olmayan bəyanatlarını nəzərə alıb. Tezliklə onlara ətraflı cavab veriləcək”, - Zaxarova bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan dünənki çıxışında Rusiyanın ünvanına təhqiramiz ifadələr işlətmişdi.