Ermənistanda orta məktəblərin 5-ci sinifləri üçün nəzərdə tutulmuş “Ana dili” (və ya “Erməni dili”) dərslikləri müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.
“5-ci siniflər üçün “Ana dili” dərsliyi internetdə böyük səs-küyə səbəb olub. Bundan əvvəlki dərsliyin kompozisiyası dəyişdirilib və Ermənistan bayrağı əvəzinə kompozisiya Azərbaycan bayrağının rənglərində təsvir edilib”, - məlumatda deyilir.
Müzakirələrin genişlənməsindən sonra Ermənistan Daxili İşlər və Rabitə Nazirliyi müvafiq açıqlama verib və bunun “dezinformasiya” olduğunu bildirib.