Ermənistan müdafiə naziri Suren Papikyan bu yaxınlarda bir neçə dəfə istefa ərizəsi yazıb. Amma Baş nazir Nikol Paşinyan onu geri çəkilməyə inandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” Ermənistan Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat verib.
Nəşr iddia edir ki, Rusiya ilə ən çox təmasda olan məmurlardan biri olan Suren Papikyan Paşinyanın anti-Rusiya siyasəti ucbatından rusların təzyiqinə məruz qalıb. Qəzetin yazdığına görə, müdafiə naziri hökumət başçısının anti-Rusiya siyasətindən narazıdır.