Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu bir sıra məsələləri operativ və konkret səviyyədə başa çatdırmaq üçün Ermənistan müdafiə naziri Suren Papikyanla İrəvana silah satışını müzakirə etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl Fransa hökuməti Ermənistana hərbi texnika göndərəcəyini açıqlasa da, Lekornu buna dair təfərrüat verməkdən imtina edib.
“Bəzi silah növləri sırf müdafiə xarakteri daşıyır və başqa məqsədlərə yönəldilə bilməz, ona görə də bunlar Ermənistana öz həyatlarını və ərazilərini qorumaq imkanı verməkdə bizə kömək edəcək”, - nazir bildirib.