“3+3” formatı region ölkələri ilə ünsiyyət üçün əlverişli platformadır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
Nəqliyyat kommunikasiyalarının açılmasına gəldikdə isə, nazir bildirib ki, əvvəllər olduğu kimi, Tehranda da Ermənistan ölkələrin suverenliyi əsasında regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.
“Əminik ki, ərazimizdən keçən kommunikasiyalar sülhün bərqərar olmasına kömək edəcək”, - o qeyd edib.