"Ermənilər Qarabağa qayıtmaq istəməsələr, onların Ermənistanda qalmaları üçün hər şeyi edəcəyik".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində deyib.
Baş nazirin fikrincə, regionda dinclik olarsa, Ermənistan da dinc ola bilər. “Elə bir vəziyyət ola bilməz ki, region dinclik olmasın, amma Ermənistan sülhsevər olsun. Və buna görə də biz heç bir şəkildə sülh ideyalarımıza qarşı çıxmırıq”.