“Ermənistanın gələcəyini KTMT-siz təsəvvür edə bilmirəm”.
Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin Rusiyadan olan keçmiş baş katibi, general Nikolay Bordyuja deyib.
“Bizim Ermənistanda bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətlərimiz var. Ona görə də, fikrimcə, bu, müvəqqəti hadisədir (Ermənistanla gərginlik), amma istənilən halda Ermənistan Rusiya, Belarus və KTMT-nin yanında olacaq”, - general bildirib.
Bordyuja vurğulayıb ki, Ermənistanın gələcəyi KTMT-siz mümkün deyil:
“Mən o gələcəyi təsəvvür edə bilmirəm, çünki Ermənistan Rusiya ilə güclü inteqrasiya olunub, təkcə iqtisadi cəhətdən yox, Rusiyada çoxlu sayda, bir neçə milyon erməni yaşayır”.