27 Noyabr 2023 19:12
5 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan məhkəməsi erməni generalı Manvel Qriqoryan və onun dul arvadı Nazik Amiryana məxsus vəsait və mülkiyyətin müsadirə olunması barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, Qriqoryana məxsus təqribən 4,5 milyon dollar vəsait və 8 avtomobil müsadirə olunub.

Həmçinin, 8 min ədəd "Əsgər payı", geyim və dərmanlar "Yerkrapa" Könüllülər İttifaqına təhvil veriləcək.

Bundan başqa, minlərlə silah və hərbi sursat Müdafiə Nazirliyinə təhvil verilməlidir.

Erməni generalın dul arvadının daşınar və daşınmaz əmlakı isə məhkəmə qərarına qədər həbs altında qalacaq.

Qeyd edək ki, Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

Qanunsuz silah-sursat saxlamaqda və iri məbləğdə vəsaiti mənimsəməkdə təqsirli bilinən Qriqoryan 19 noyabr 2020-ci ildə ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər