Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi fəaliyyətə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuata Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
“Marqara sərhəd-keçid məntəqəsi istismara hazırdır. Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə əlaqədar Türkiyə tərəfdən daha müsbət siqnallar alacağını gözləyir”, - nazirlikdən deyilib.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan noyabrda yeni keçid məntəqəsinin tikintisinin bitmək üzrə olduğunu açıqlamışdı.