11 Dekabr 2023 13:32
5 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanı itiririk, itirsək, bir daha dövlət olmaq şansımız olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin hazırkı hədəfi Rusiya hərbi bazasının ölkədən çıxarılması və KTMT üzvlüyünə son qoymaqdır:

“Rusiya hərbi bazası Ermənistanı tərk edən kimi Ermənistanla heç kim maraqlanmayacaq”.

Karapetyanın fikrincə, xarici siyasi vektorun dəyişdirilməsi, KTMT-yə qarşı demarşlar Ermənistanın aktor olmadığı son dərəcə təhlükəli oyundur:

“Ermənistan rəhbərliyi uzaqdan pultla idarə edilir, onu idarə edən də Amerika səfirliyində oturub.

Biz dövləti itiririk, bir daha şans olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər