19 Dekabr 2023 12:46
6 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyandan daxili işlər naziri Van Kerobyanı vəzifəsindən azad etməsi tələb olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, gizli şəkildə Rusiyaya işləyən Kerobyan Ermənistandakı Soros şəbəkəsinin (və ya ABŞ-nin) hədəfindədir:

“Soros Kerobyanı Rusiya casusu hesab edir. Məlumata görə, Kerobyan Qərbin sanksiyalarından yan keçərək Rusiyaya ixracına icazə verilməyən malların Ermənistan üzərindən Moskvaya ötürülməsinə icazə verir. Rəsmi mənbələr deyirlər ki, Sorosun birbaşa mətnlə Paşinyandan Kerobyandan qurtulmağı tələb etməsindən xeyli vaxt keçir, amma daxili işlər naziri hazırda baş nazirin himayəsindədir. İndi də onun adı vəzifələrindən uzaqlaşdırılmalı olan nazirlərin siyahısında yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər