Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistanda səfərdədir.
Teleqraf.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, səfərin məqsədi təşkilatın Belarusun paytaxtı Minskdə keçirilmiş sammitinin yekunlarını müzakirə etməkdir.
O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Qeyd edək ki, iclas noyabrın 23-də baş tutub.