Ermənistan 2023-cü ildə daha üç ölkə ilə diplomatik əlaqələr qurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Trinidad-Tobaqo, Səudiyyə Ərəbistanı və Botsvana ilə qarşılıqlı və müxtəlif platformalarda əməkdaşlığın inkişafına yönəlmiş diplomatik əlaqələr qurulduğunu açıqlayıb.
Hazırda Ermənistanın diplomatik əlaqələrinin olduğu ölkələrin sayı 182-dir.
Səudiyyə Ərəbistanı 1990-cı illərdə Azərbaycan ərazilərini işğal edən Ermənistanla diplomatik əlaqələrini kəsmişdi.