Yanvarın 1-də İrəvanın mərkəzində faşist gənclər dəstələrinin yürüşünü dərin narahatlıqla qarşıladıq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Təəccüblənirik ki, Ermənistanın hüquq-mühafizə orqanları media nümayəndələrinin iştirakı ilə kameralar qarşısında sözün əsl mənasında oriyentasiyalarını nümayiş etdirən aksiya iştirakçıları əllərini nasist salamı üçün qaldıranda heç bir şəkildə buna mane olmayıblar. Təəssüf ki, Ermənistan hakimiyyəti və insan haqları təşkilatları tərəfindən lazımi cavab yoxdur. Əminik ki, nasizmin istənilən təzahürünü boğmaq, onların kökünü kəsmək və tarixin saxtalaşdırılmasına qarşı yorulmadan mübarizə aparmaq lazımdır”, - Zaxarova bildirib.