23 Yanvar 13:56
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun yeni formalarında NATO standartları nəzərə alınacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hələ ötən ilin noyabrında müdafiə naziri Suren Papikyan orduda geyim formasının dəyişdirilməsi prosesinə başlanıldığını, beynəlxalq tərəfdaşlarla iş aparıldığını açıqlamışdı.

“Yeni forma seçərkən Ermənistan Müdafiə Nazirliyi beynəlxalq təcrübə mübadiləsi yolu ilə və NATO standartlarına uyğun olaraq aparılan araşdırmaları rəhbər tutur. NATO-ya üzv ölkələr, o cümlədən ABŞ, Fransa, Yunanıstan və Çexiyanın uniforma nümunələri tədqiq edilib”, - nazirlik bildirib.

Yeni geyim formasının tətbiqindən sonra Müdafiə Nazirliyi qanunvericilik təşəbbüsü ilə çıxış edəcək və ona əsasən, orduda istifadə olunan modellərin satışı qadağan olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər