Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorqyan saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Gevorqyan Ermənistanın İqtisadiyyat Nazirliyində korrupsiya işi çərçivəsində saxlanılıb. Sui-istifadə və fırıldaqçılıqda ittiham olunan Gevroqyanın həbsi üçün məhkəməyə vəsatət verilib.
Xatırladaq ki, ötən gün Ermənistanın işdən çıxarılan iqtisadiyyat nazirinin müavini Ani İspiryan və nazirliyin daha 6 əməkdaşı saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham olunurlar.