7 Fevral 18:56
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Konstitusiyadan danışanda hakimiyyət nəyisə silmək, nəyisə yaratmaq məqsədi güdmür.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “dördüncü respublika” (yeni Konstitusiya) ideyası Konstitusiyaya dəyişiklik edildikdən sonra dövlətin tarixinin də dəyişdirildiyi Fransa nümunəsi nəzərə alınmaqla təklif edilib.

“İstəyirəm ki, çaşqınlıq yaratmayaq”, - Paşinyan bildirib.

Baş naziri bu anda hakim komandanın masaya qoymaq üçün müvafiq bir paketinin olmadığını və bunun pis bir şey sayılmadığını söyləyib:

“İctimaiyyətlə müzakirə zamanı aydın olacaq ki, dəyişiklik niyə edilir”.

Paşinyan qeyd edib ki, yeni Konstitusiya cəmiyyət razılığını verdikdə qəbul olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər