12 Fevral 21:44
3 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu ilə bağlı komandasına tapşırıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Ermənistan hakimiyyəti bütün gücü ilə Konstitusiyanı dəyişdirməyə hazırlaşır. İqtidar yeni Konstitusiya layihəsinin olmadığı barədə məlumat tirajlasa da, hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbəmizə görə, son aylar yeni Konstitusiya üzərində gizli iş gedir, bu, nəzərdə tutulan islahatların bir hissəsidir. Mənbəmiz deyir ki, Paşinyan hazırda işin getdiyi paketdə Müstəqillik Aktına istinadın Konstitusiyadan çıxarılması, kilsənin xüsusi statusunun azaldılması və digər məqamlara daha çox diqqətin yetirilməsini tapşırıb.

Hökumət təkcə Konstitusiyanı yox, həm də Ermənistan Respublikasının bütün dövlət rəmzlərini (əsasən himn, gerb) dəyişməyə çalışır”, - məlumatda deyilir.

Nəşr yazır ki, prosesə cəlb edilən mütəxəssislər tez-tez görüşərək yeni Konstitusiyanı müzakirə edirlər:

“Hökumət yeni Konstitusiyanın qəbulu üçün kifayət qədər ciddi vəsait xərcləmək niyyətindədir. Artıq hökumətin ciddi vəsait yatıracağı “Bəli” adlı qərargah formalaşdırılır. Hakimiyyətin hansı şüarı seçəcəyi də bəllidir: “Bəli”.

Ermənistan Konstitusiyasına istinad edilən Müstəqillik Aktında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Erməni mənbələrinə görə, yeni Konstitusiya bu iddiaların üstündən xətt çəkəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər