17 Fevral 14:30
4 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti xarici siyasətdə ciddi dəyişikliyə gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyası xarici siyasətdə dəyişiklik etmək niyyətindədir. Əldə etdiyimiz məlumata görə, hakimiyyət Avropanın müxtəlif nüfuzlu partiyaları ilə əməkdaşlığı daha da dərinləşdirmək qərarına gəlib. Məsələ hakim partiyanın təşəbbüs qrupunun son iclasında gündəmə çıxarılıb. Nikol Paşinyan komanda yoldaşlarına Avropanın müxtəlif partiyaları ilə fəal işləməyi, onlarla əməkdaşlığı dərinləşdirməyi, üzv olmağı tapşırıb”, - nəşr yazır.

“Joqovurd” hakim komandanın Rusiya siyasətinə də toxunub:

“Rusiya ilə münasibətlər məsələsinin “Vətəndaş Müqaviləsi” üzvlərinin gündəmində olmaması da diqqət çəkir. Bu, bir daha sübut edir ki, Nikol Paşinyan hakimiyyəti xarici siyasi vektorda kəskin dəyişikliklər etməyə çalışır, artıq bu istiqamətdə addımlar atırlar. Bu vəziyyətin hansı təhlükələrlə dolu olduğunu söyləmək çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər