23 Fevral 12:04
2 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri rusiyalı keçmiş hərbçi Dmitri Setrakovun ölkəsində Rusiya tərəfindən qaçırılmasından narahat olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, rəsmi Moskvanı İrəvanın tələblərinə cavab verməyə çağırıb.

“Ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, - baş nazir bildirib.

Paşinyan İrəvanın tələblərinin cavabsız qalacağı təqdirdə bunun nəticələrinin olacağı barədə Moskvaya xəbərdarlıq edib.

Dmitri Setrakovun Ukraynada döyüşən rus ordusunun sıralarını tərk edərək Ermənistana qaçdığı bildirilir. Məlumata görə, o, Ermənistana Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçiləri tərəfindən saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər