KTMT Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir sorğu almayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurumun katibliyi məlumat yayıb.
“İndiyədək KTMT Katibliyinə İrəvandan üzvlüyünün dayandırılması ilə bağlı heç bir sorğu daxil olmayıb. İştirakın dondurulması ilə bağlı tezisə gəlincə, söhbət Ermənistanın təşkilatın son vaxtlar keçirdiyi bir sıra tədbirlərdə iştirak etməməsindən gedir”, - açıqlamada deyilir.
Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin öhdəliklərini yerinə yetirmədiyini, İrəvanın təşkilatdakı iştirakını dondurduğunu söyləyib.