23 Fevral 16:08
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan KTMT-yə üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.

Teleqraf.comxəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Tərəfdaşlarımızla əlaqə saxlayaraq bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”, - Kremlin sözçüsü bildirib.

Peskov qeyd edib ki, bu halda detalları anlamaq çox vacibdir:

“Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl KTMT-dəki iştiraklarını dondurduqlarını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər