27 Fevral 21:28
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ciddi proseslərin astanasındadır, Rusiya ilə gərginlik yaxşı heç nə vəd eləmir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“Ermənistan ciddi hadisələrin astanasında dayanıb. Qərb-Rusiya qarşıdurması fonunda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməklə Ermənistan vətəndaşlarının çay fincanlarına daha bir şirin zəhər tökürlər”, - keçmiş müavin bildirib.

Zakaryanın sözlərinə görə, Qərb-Rusiya qarşıdurmasının mərkəzinə sürüklənən Ermənistan bu prosesdən zərərli çıxacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər