28 Fevral 18:00
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bunu rəsmi İrəvanın qeyri-dost davranışının növbəti nümunəsi hesab edirik.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni spiker Alen Simonyanın Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxmalı olduqları barədə açıqlamasını şərh edərkən deyib.

“Əlbəttə, Ermənistan parlamentinin sədrinin qaldırdığı məsələlərə görə nə qədər məsuliyyət daşıdığı bəlli deyil. Bununla bağlı Ermənistan hakimiyyətindən bizə heç bir müraciət daxil olmayıb. Hesab edirik ki, “Zvartnots”la bağlı hekayə Dmitri Setrakovla bağlı təlqinlərdən qaynaqlanır. Sizi əmin edə bilərəm ki, bu kontekstdə Rusiya nümayəndələri tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib. Biz həmişə suveren dövlətlərin yerli qanunvericiliyinə hörmət edirik”, - Zaxarova bildirib.

Keçmiş hərbçi Dmitri Setrakovun Ukraynada döyüşən rus ordusunun sıralarını tərk edərək Ermənistana qaçdığı bildirilir. Məlumata görə, o, Ermənistana Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçiləri tərəfindən saxlanılıb. İrəvan Moskvanın onu bu barədə məlumatlandırmadığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər