1 Aprel 15:44
2 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanın bütün bəyanatlarını diqqətlə izləyir və nəzərə alır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ və Avropa Birliyi (AB) ilə tərəfdaşlıq barədə bəyanatını şərh edən Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

“Düşünürəm ki, Ermənistan sözün hər mənasında Rusiya ilə qarşıdurma kontekstində ABŞ və Qərbin geosiyasi qumar alətinə çevrilir. Bu, çox təhlükəlidir və təkcə İrəvan-Moskva münasibətlərinə yox, həm də Ermənistanın regional və qlobal məsələlərdə nüfuzu və perspektivlərinə konkret ziyan vura bilər. Bunu başa düşməmək çox təhlükəli səhvdir”, - Karasin bildirib.

Bundan əvvəl Ararat Mirzoyan Ermənistanın demokratiya yolunu seçdiyini, buna görə də müvafiq qurumları gücləndirməyə çalışdığını, ABŞ və AB-nin İrəvanın əsas tərəfdaşları olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər