1 Aprel 20:39
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Avropaya inteqrasiya və Rusiyadan asılılığı azaltmaq niyyətini açıqlasa da, hətta Qərbin aparıcı media qurumları İrəvanın getdikcə Moskvadan iqtisadi cəhətdən daha asılı vəziyyətə düşdüyünü yazırlar.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyinin (AB) təbliğat vasistələrindən biri "Euroactive"də iki ölkə arasındakı artan iqtisadi yaxınlığa diqqət çəkib.

Portal yazır ki, Ermənistanla Rusiya arasında siyasi münasibətlərin pisləşməsinə baxmayaraq, ikitərəfli ticarət çiçəklənir.

Moskvaya qarşı sanksiyalardan sonra Ermənistanın Rusiyaya ixracı 2022-ci ildə üç, 2023-cü ilin yanvar-avqust aylarında iki dəfə artıb. Son bir neçə ildə Ermənistanın Rusiya ilə siyasi əlaqələri xeyli “pisləşsə” də, ikitərəfli ticarət sürətlə inkişaf edir. 2023-cü ildə Rusiya ilə ticarət Ermənistanın xarici ticarətinin 35 faizdən çoxunu təşkil etdiyi halda, bütün Avropa Birliyinin payı cəmi 13 faizdir.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, ticarət 2022-ci ildə iki dəfə artaraq 5.3 milyard dollara çatıb, bu, 2023-cü il və 2024-ün ilk aylarında yüksək templə davam edib.

Ermənistanın Rusiyaya ixracının artması daha çox üçüncü ölkələrin mallarının təkrar ixracı ilə bağlıdır. Bu, Ermənistanın Rusiyaya Qərbin sanksiyalarından yayınmasına etdiyi yardımla əlaqəlidir. Yəni Ermənistan Rusiyaya lazım olan malları Qərb ölkələrindən alıb Moskvaya ötürür. Ermənistanın bu qanunsuz fəaliyyəti ABŞ Dövlət Departamenti və AB-nin icra orqanları tərəfindən təsdiqlənsə də, indiyədək bu barədə heç bir ölçü götürülməyib.

Belə bir fonda Rusiya və Ermənistan arasındakı diplomatik gərginlik, eləcə də Ermənistanla AB arasında inteqrasiya atmosferinin nə qədər səmimi olması bəzi suallar yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər