3 Aprel 16:36
3 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya istəsə də, istəməsə də Ermənistan təhlükəsizlik sistemini şaxələndirir. Moskva ilə qurulan sistem yaxşı işləmir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Armen Xaçaturyan deyib.

Deputat Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanın NATO və ABŞ ilə ölkəsinə qarşı hərbi-siyasi əməkdaşlığa getməkdə ittiham etməsinə belə cavab verib:

“Ermənistan təhlükəsizlik sistemini çoxşaxəli edir, günün tələblərinə cavab vermək üçün hər şeyi edəcək. İndi kimin bəyənib, kimin bəyənməməsinin fərqi yoxdur, öz yolumuzla gedəcəyik”.

Təəssüf ki, biz mövcud təhlükəsizlik sistemini (Rusiya ilə) görmüşük, ancaq kağız üzərində yazılmış şərtlər var, heç biri həyata keçirilmədi”.

Rusiya sərhədçilərinin Ermənistanın təhlükəsizliyində ciddi rolunun olub-olmaması məsələsinə toxunan Xaçaturyan qeyd edib:

“Bəli, var, amma bunu da söyləməliyik: hərbi baza da mövcuddur, hər halda Ermənistanın yeni təhlükəsizlik sisteminin cizgiləri bizim gələcəyimizin necə olacağını aydın göstərəcək”.

Hakim partiyanın deputatı Rusiya hərbi bazasının da Ermənistanın təhkükəsizliyi üçün heç bir rol oynamadığını vurğulayıb.

Hərbi bazanın çıxarılması məsələsinə gəlincə, Xaçaturyan bunu istisna etməyib:

“Mən siyasətçiyəm və hərbi bazanı niyə çıxarmırıq və ya nə vaxt çıxaracağımızı deməyə ehtiyac yoxdur, lazım olanda çıxaracağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər