Ermənistan hələ də Avropa Birliyinə üzvlük tələbini formalaşdırmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib.
“Ermənistan Avropa ilə real yaxınlaşma nümayiş etdirir. Sonda Ermənistan hakimiyyəti qərar verməlidir ki, Avropa Birliyi üzvlüyünə namizəd olmaq istəyirlər, ya yox. Bu, hüquqi, rəsmi prosesdir, amma bu gün həmin tələbi formalaşdırmayıblar. Həmçinin Ermənistanın Avropa ilə yaxınlaşması artıq başlanmış bir prosesdir”, - fransalı diplomat bildirib.