Ermənistanın hüquq-mühafizə sistemi və hakimiyyət orqanları Böyük Britaniyadan gələn miqrant axınına tab gətirməyəcək, bu, ölkənin tam şəkildə məhvi ilə nəticələnə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Qovirin deyib.
Deputat Ukraynadan olan qaçqınların taleyini xatırladıb və bildirib ki, Britaniya əvvəlcə yüz minlərlə ukraynalıları sənədsiz qəbul ediblər, daha sonra qaçqınların başqasının ərazisində saxlamaq və problemləri başqasının hesabına həll etmək üçün Afrikaya göndərilməsi haqqında qanun qəbul ediblər.
“The Times” bundan əvvəl Britaniya hökumətinin sızdırılan sənədlərinə istinadla məqalə dərc edib. Məqalədə deyilir ki, Britaniya Ruanda ilə razılaşma sxemi əsasında qeyri-qanuni miqrantların deportasiyası üzrə Ermənistan, Fildişi Sahili, Kosta-Rika və Botsvana ilə danışıqlara başlayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan iddianı təkzib edib.