16 Aprel 18:35
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan aprelin 17-18-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistandan Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli səfər olacaq.

Səfər çərçivəsində nazir Mirzoyan Səudiyyə Ərəbistanı xarici işlər naziri Şahzadə Faysal bin Fərhan əl-Səudla görüşəcək. Digər görüşlər də planlaşdırılır.

Azərbaycan ərazilərini işğal etdiyinə görə Səudiyyə Ərəbistanı ötən ilədək Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər