Hindistan və Fransa fəal şəkildə Ermənistanı silahla təmin edir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tiqran Meloyan deyib.
“Ermənistan 2020-ci ildən təhlükəsizlik sahəsində yeni əməkdaşlıq tərəfdaşları axtarır. İrəvanı ən fəal silahla təmin edən Hindistan və Fransadır. 2023-cü ildə Hindistan Ermənistanın əsas silah tədarükçüsü olub, bu məsələdə mahiyyətcə Rusiyanı əvəzləyib.
Fransanın xüsusi missiyası var, Ermənistan ona “xilaskar” kimi baxır. Bunu onunla izah etmək olar ki, ermənilər Moskvadan məyus olublar. Ümumiyyətlə, Rusiya İranla birlikdə Cənubi Qafqaz istiqamətində (Ermənistandan) çoxsaylı yeni çağırışlarla üzləşməli olacaq”, - ekspert bildirib.