23 Aprel 01:11
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan və Bakı sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb və bu, çox vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyası tərəfindən nümayiş etdirilən britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə praktiki prosesə başlamışıq ki, bu da təhlükəsizlik risklərinin azaldılması da daxil olmaqla, inanılmaz dərəcədə vacibdir”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri bərpa etmək lazımdır.

“Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkməyə ehtiyac yoxdur, lakin biz SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri yerlərdə bərpa etməliyik”, - Paşinyan qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər