6 İyun 01:02
2 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiya ilə hərbi-siyasi əlaqələrini minimuma endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan ölkəsi ilə hərbi-siyasi əlaqələrə maraq göstərməyi dayandırb. O xatırladıb ki, 2023-cü ilin noyabrından bəri xarici işlər nazirləri bir dəfə də görüşməyiblər. Qaluzin hərbi-texniki əməkdaşlığın azaldığını da bildirib.

Əgər Mirzoyan və Lavrov hələ 2023-cü ilin noyabrında görüşmüşdüsə, Suren Papikyan və Rusiya müdafiə naziri 2022-ci ildən bəri görüşməyib. Üstəlik, Papikyan yeni təyin olunmuş Rusiya müdafiə naziri (Andrey Belousov) ilə görüşməmək üçün KTMT müdafiə nazirlərinin son toplantısında iştirakdan imtina edib.

Hərbi-texniki əməkdaşlıqdan da imtina var. Ermənistan tərəfi qeyd edir ki, əgər 2021-ci ilə qədər silah-sursatın 96 faizini Rusiyadan alırdılarsa, bu rəqəm 10 faizə və daha aşağı enib”, - məqalədə deyilir.

Nəşr qeyd edir ki, Ermənistan rəsmiləri rusiyalı tərəfdaşları ilə üzbəüz görüşmək, gələcək əməkdaşlıq imkanları ilə bağlı suallara cavab vermək istəmirlər. Məsələn, Mixail Qaluzin bunu Qərbin Ermənistana təzyiqi ilə əlaqələndirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər