Ermənistan Rusiya-Ukrayna münaqişəsində tərəfə çevrilir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan hökumətinin xüsusi işlər üzrə keçmiş nümayəndəsi Edmon Marukyan Ukraynanın bərpası ilə bağlı konfransda İrəvanın iştirakını şərh edərkən deyib.
“Son vaxtlar Ermənistanda Ukrayna uğur hekayəsi kimi təqdim edilir. Ermənistanın Ukraynanın bərpası ilə bağlı konfransa nə dəxli var? Əgər hələ də Rusiyanın bu regionda strateji tərəfdaşı olduğumuzu qəbul ediriksə... Baş nazir Moskvaya gedərək Rusiya sərhədçilərinin Türkiyə və İranla sərhədlərdə qalmağa davam etməsini xahiş edib. Amma biz Rusiya ilə müharibə vəziyyətində olan, Rusiyaya düşmən olan Ukraynanın bərpası ilə bağlı konfransa gedirik. Rusiya-Ukrayna münaqişəsində tərəfə çevrilirik”, - Marukyan vurğulayıb.
Keçmiş diplomat Ermənistan rəsmilərinin Rusiya ordusunun soyqırımı törətdiyi iddia edilən Buça şəhərinə səfərinə Moskvanın cavabının sərt olacağını iddia edib: “Rusiyanın Ermənistanın addımlarına dözməyəcəyi göz qabağındadır”.
Marukyan Moskvadan Ermənistanın anti-Rusiya addımlarına cavabın tezliklə gələcəyini proqnozlaşdırır.