15 İyun 14:03
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərəkatın sonu Nikol Paşinyan hökumətinin uzaqlaşdırılması olacaq.

Teleqraf.com xəbər verir ki, bunu revanşist “Vətən naminə Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan deyib.

“Hədəfimizə çatmaq üçün başqa taktikalardan istifadə etməliyik. Ölkəmiz getdikcə dərinləşən fəlakətin içindədir, hərəkatın son nöqtəsi onların aradan qaldırılması olacaq”, - keşiş bildirib.

Baqrat və dəstəsi iyunun 9-da “həlledici mitinq”ə başladığını elan etmiş, Paşinyana istefa verməsi üçün dörd gün vaxt vermişdi.

Amma müddət başa çatdıqdan sonra hərəkat öz məqsədlərinə çata bilmədi. Dörd gün oturaq aksiya keçirən etirazçıların İrəvanda qurduqları çadırlar artıq yığışdırıldı, aksiyalar dayandırıldı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər