22 İyun 19:00
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Matç 1:1 hesabı ilə başa çatıb.

***

Çexiyalı hücumçu Patrik Şik 59-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci hissə başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda Gürcüstan yığması hesabda öndədir - 1:0.

Georges Mikautadze 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda hesab açılıb.

Teleqraf.com-un məlumatına görə, 45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.

Georges Mikautadze penaltini dəqiq yerinə yetirib.

Matçın ilk hissəsi bu hesabla başa çatıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

Teleqraf.com-un məlumatına görə, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Matçı almaniyalı Daniel Zibert idarə edir.

Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər