22 İyun 18:25
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsi rusların Ukraynaya hücumlarının sayını azaldıb. Amma məhdud icazə məsafəni də azaldıb, bu da Ukraynanın Rusiyanın əsas aerodromlarını vurmasının qarşısını alır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

Ukrayna rəsmiləri nəşrə deyiblər ki, ABŞ sərhəddən 100 kilometrdən çox məsafəyə atəş açmağı qadağan edib. Eyni zamanda, ABŞ rəsmiləri ukraynalıların məsafənin 100 kilometrdən az olması ilə bağlı dediklərinin doğru olmadığını bildiriblər.

Pentaqonun sözçüsü Çarli Ditsin məsələ ilə bağlı fikri belədir: “ABŞ Rusiya qoşunlarının Ukrayna ərazisini ələ keçirməyə cəhd etdiyi yerlərdə Amerikanın verdiyi silahları Rusiya ərazisinə atəşə açmağa icazə verib. Söhbət coğrafiya və ya müəyyən radiusdan getmir, amma Rusiya öz ərazisindən Ukraynaya hücum edərsə və ya hücum etmək üzrədirsə, Ukraynanın sərhəddən keçərək ona hücum edən qüvvələrə cavab zərbələri endirmək hüququ var”.

Həmçinin, onun sözlərinə görə, Ukraynaya Rusiya təyyarələri ölkənin hava məkanına hücum edərsə, bunların qarşısını almaq üçün ABŞ tərəfindən təchiz edilmiş hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə icazə verilir.

VP qeyd edir ki, Pentaqon və Ağ Evin açıqlamaları ABŞ tərəfindən verilən icazənin məhdud olduğunu göstərir. Vaşinqtonun icazəsindən keçən üç həftə ərzində Ukraynanın zərbələrinin nəticələri diapazonun məhdudluğunu təsdiqləyir.

Xarkov meri İqor Terexovun sözlərinə görə, Amerika qismən məhdudiyyətlərinin aradan qaldırılmasından sonra şəhərdə vəziyyət xeyli dəyişib. Bununla belə, mer deyib ki, şəhər hələ də Rusiya hərbi təyyarələrinin yaratdıqları təhlükə altındadır.

Rusiya təyyarələri ABŞ-nin təsdiqlədiyi məsafəsindən çox uzaqda yerləşən bazalardan qalxırlar. Rəsmilərin fikrincə, Ukraynanın Rusiyanın hava hücumlarının qarşısını ala bilməməsi ABŞ-nin siyasətinin əsas qüsurlarından biridir.

“Bu, birbaşa cəbhə xəttində vəziyyəti ciddi şəkildə dəyişmədi”, - Ukrayna ordusunun kəşfiyyat batalyonunun komandiri Denis Yaroslavski deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər