22 İyun 16:38
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) nəinki Ermənistanı, heç üzvlüyə daha yaxın olan Moldova, Gürcüstan və Ukraynanı qəbul etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Sabiq nazir müavini Ermənistanın AB-yə üzvlük ərizəsi ilə bağlı referendumun keçirilməsi təklifi ilə əlaqədar söyləyib ki, ölkəsinin acınacaqlı profili Avropa ailəsinə daxil olmağa imkan vermir: “AB-yə üzv olmaq üçün ərizə vermək, yumşaq desək, sadəcə alçaldılmış, məğlub olmuş, eroziyaya uğramış suverenlik və borc bataqlığında batmış Ermənistanın gerçəkləşməyəcək arzusudur”.

Zakaryanın sözlərinə görə, Ermənistan Qərbə sadəcə Rusiyaya qarşı alət kimi lazımdır:

“Tam səmimi olsaq, Qarabağın Azərbaycana qayıtmasından sonra AB və NATO-ya bugünkü Ermənistan yalnız bir şeyə görə lazımdır: Rusiyanı düşmən edib, Türkiyənin təsiri altına salmaq üçün. Bu yolla gələcəkdə (Cənubi Qafqazda) BRİKS-in genişlənməsi və regional kommunikasiyalara nəzarət üçün maneələr də yaradıla bilər. Mən AB-nin bu kollektiv maraq siyasətini tam anlayıram. Dünən parlamentdə AB-yə üzvlük ərizəsi ilə bağlı referendumun keçirilməsi təklifi ilə əlaqəli dinləmələrdə Rusiyanın tənqid edilməsi təsadüfi deyildi”.

Sabiq nazir müavini hesab edir ki, Ermənistanı AB-yə can atması ona baha başa gələcək:

“Çoxsaylı suallardan yalnız ikisini verəcəm: Ukraynanın indi getdiyi yolla getməyə hazırıqmı?

Bəs AB üzvlük üçün müraciət edən və danışıqlara başlayan Ukrayna, Gürcüstan və Moldovanı qəbul etməyə hazırdırmı? Məncə, yox. Bizim haqqımızda soruşmaq belə mənasızdır.

Çox da həyəcanlanmağa ehtiyac yoxdur. Ermənistan həm Nikolun fəlakətli idarəçiliyi dövründə, həm də ondan sonra KTMT, Avrasiya İqtisadi Birliyi və MDB-dən çıxmayacaq. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu strukturlar (əslində Rusiya – red.) əvvəlki kimi yenidən Ermənistan naminə işləyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər