22 İyun 13:18
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Dövlət Dram Teatrına direktor təyin olunub.

Teleqraf.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Lənkəran Dövlət Dram Teatrına Əməkdar mədəniyyət işçisi, ixtisasca rejissor olan Laləzar Ramil qızı Hüseynova direktor təyin olunub.

Qeyd edək ki, L.Hüseynova bu vəzifəyə kimi Salyan Dövlət Kukla Teatrının direktoru vəzifəsində çalışıb. Eləcə də, Dərbənd, Quba teatrlarında çalışıb.


Müəllif: Teleqraf.com