22 İyun 14:35
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Böyük Britaniya “azadlıq və demokratiya” adı altında yenidən Avropada nasist ideologiyasını dirçəldir və onu Rusiyaya qarşı yönəldir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

“1945-ci ildə Yalta konfransında Müttəfiq dövlətlərin liderləri tərəfindən razılaşdırılan Avropanın denazifikasiyası Qərb tərəfindən hələ də başa çatdırılmayıb. ABŞ və Britaniyanın rəsmi və kölgə liderləri “azadlıq və demokratiyanın müdafiəsi” adı altında yenidən Avropada faşist və nasist ideologiyasını dəstəkləyirlər.

ABŞ və Britaniyanın təhriki ilə nasizm dirçəlir və yenidən ölkəmizə qarşı istifadə olunur. Rusiya xalqı bu gün yenidən Ukraynanın illərdir əziyyət çəkən əhalisini Qərb işğalından azad edir”, - prezidentin köməkçisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər