22 İyun 08:57
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidenti Donald Trampın tarixi “susmaq pulu” məhkəməsinin prokuroru Alvin Braq məhkəmə gedişi zamanı 100-dən çox təhdid mesajı aldığını açıqlayıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, ölüm təhdidləri Braqın indiyə qədər ən çox aldığı mesaj olub.

Nyu-York Polis Departamentinin təhlükəsizlik bölməsi tərəfindən təhlil edilən təhdidlər arasında nifrət dolu, irqçi mesajlar və “Braq problemlə üzləşəcək” kimi həyəcanverici mesajlar var. Onun ofisinə də təhdid mesajları və bir neçə zərf göndərilib, onlardan birində sirli ağ toz var idi. Onların arasında “Alvin: Səni öldürəcəm” yazılmış məktuba rast gəlinib.


Müəllif: Arzu

Oxşar xəbərlər