22 İyun 19:26
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada yaşayan Ukrayna vətəndaşı Andrey Tarasçuk ölən sevgilisinin intim fotolarından 150 min avro qazanıb.

Teleqraf.com xəbər verir ki, kişi qəzada faciəvi şəkildə həyatını itirən 29 yaşlı sevgilisi üçün OnlyFans saytında hesab açıb.

Şübhəli şəxs saytda qadının sağlığında çəkilmiş intim fotolarını dərc edib.

Qadın bu fotoları sevgilisinə özəl olaraq göndərib. Mərhumun dostları hesabdan təsadüfən xəbər tutublar və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Həmin şəxs Polşa polisi tərəfindən saxlanılıb. Mərhumun yaxınları şübhəlinin həbsini və təzminat tələb edirlər. Amma onun sadəcə Polşadan deportasiya olunacağı bildirilir.

OnlyFans Böyük Britaniyada fəaliyyət göstərən platformadır, əsasən böyüklər üçün məzmun yayımı ilə məşğuldur.


Müəllif: Teleqraf.com